EN

Çelik Bakı konsertində tamaşaçılara hörmətsizlik edib? - Müğənnidən cavab VİDEOSU

Türkiyəli məşhur türk müğənni Çelikin Heydər Əliyev Sarayında verdiyi konsert zamanı dinləyicilərə hörmətsizlik etdiyi iddia edilib.

Ölkə.Az xəbər verir ki, ifaçının şəkil çəkdirməkdən imtina etdiyi bildirilib və ona uzadılan çiçəkləri qəbul etməməsi narazılıq yaradıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Klanet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkələrdə türkiyəli müğənni haqqında yazılan tənqidlərə münasibət bildirib. O, yaranmış vəziyyətə görə, təqsirin konsertdə gedənlərdə olduğunu söyləyib:
“Gözəl xalqım, təqsir sizdədir ki, onun (təhqiredici ifadə işlədib-red.) konsertinə gedirsiniz və hörmətsizlik görürsünüz”.

“İnsanlara sayğı göstər. Onsuz da sənətin, ifan bərbad. insan ol, anti-musiqiçi”, - deyə H.Məhəmmədoğlu paylaşımına Çeliki də işarələyərək yazıb.

Müzakirələrə səbəb olan kadrlarla bağlı Çelik də instaqram səhifəsində açıqlama verib. O, 40 ildir tamaşaçılardan hədiyyə qəbul etmədiyini və foto çəkdirməyi sevmədiyini yazıb. O, bunun fərqli səbəbləri olduğunu söyləyib.  Müğənni bildirib ki, 58 yaşı olmasına baxmayaraq 2 saatlıq canlı performans göstərib və bu zaman qan-tər içində qalıb. Sənətçi bildirib ki, belə vəziyyətdə insanlara toxunmaqdan çəkinir. 

O, həmçinin konsert zamanı canlı ifa edərkən tamaşaçılardan birinin onun geyimindən tutaraq dartdığı görüntüləri də paylaşıb və "siz olsaydınız, nə edərdiniz?" sualını yazıb.

Həmin görüntüləri təqdim edirik:

Billurə

Chosen
19
olke.az

1Sources