EN

70 kq qızılla saxlanılan Məmmədova cəza istənildi

Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin keçmiş baş köməkçisi vəzifəsində xidmət etmiş polkovnik-leytenant Qəhraman Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb və dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

O, Qəhraman Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıqla bağlı DTX-də cinayət işi başlanılıb.

Araşdırmalar zamanı, Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət etmiş polkovnik-leytenant Məmmədov Qəhraman Şamil oğlunun digər Azərbaycan vətəndaşı və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında BƏƏ-dən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Chosen
13
3
publika.az

2Sources