EN

Komitə yayılan məlumatları təkzib etdi FOTO

Ses qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son vaxtlar Bakı şəhərində minlərlə binanın söküləcəyinə dair KİV-lər də və sosial şəbəkələrdə məlumatlar yayılır. Qeyd olunur ki, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən 12 rayonun ərazisində ümumilikdə 100 minə qədər bina söküləcək.

Şəhərsalma və Arxitektura Komitəsi isə yayılan məlumaları təkzib edib. Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Bakı şəhərinin Baş planında 100 min binanın söküləcəyinə dair heç bir məlumat yoxdur. Komitənin məlumatında deyilir: “Mətbuatda "Bakının Baş planına əsasən 100 min binanın söküləcəyi"nə dair yanlış xəbərlər dərc edilib. Baş planda belə bir məlumat öz əksini tapmır və bu informasiya Komitə tərəfindən verilməyib”.

İlham

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
sesqazeti.az

1Sources