EN

Levandovski daha bir mövsüm "Barselona"da qala bilər

style='margin-bottom:10px;'>

Robert Levandovski gələn mövsümdə də "Barselona"da qala bilər.

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

37 yaşlı hücumçunu təmsil edən futbol meneceri Pini Zahavi tezliklə müştərisinin gələcəyini Kataloniya təmsilçisi ilə müzakirə edəcək. Levandovskinin hazırkı əmək müqaviləsi cari mövsümün sonuna qədərdir. Polşalı forvardın peşəkarlığından məmnun qalan klub rəhbərliyi ulduz oyunçuya yeni 1 illik müqavilə təklif etmək niyyətindədir.

Robert özü bir sıra Avropa klublarının və Səudiyyə Ərəbistanı çempionatı təmsilçilərinin marağına baxmayaraq, "Barselona"da qalmağa qarşı deyil.

Levandovski cari La Liqa mövsümündə 25 oyun keçirib, 12 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Chosen
43
teleqraf.com

1Sources