EN

Müğənnilik qadın sənəti deyil

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Bu sənət çox çətindir. Əsasən də qadın üçün. Bu sənət qadın üçün deyil, kişi üçündür. Əvvəllər deyirdilər ki, toyda qadınlar oxumaz. Deyirdilər, filan toyda qadın müğənni var. Camaata qəribə gələrdi ki, qadın müğənnisi var? O vaxt toyları kişilər oxuyardı".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Günə uğurla" verilişində deyib. Müğənni toyda ifaçılıq etməyi xanımlara yaraşdırmadığını deyib:

"Deyirlər, toy müğənnisi. Bu sözü işlədəndlər insanlıqdan uzaq adamlardır. Biz hamımız bir ölkənin övladlarıyıq. Başqa yerdən qazanc yoxdur. Bizim bazar balacadır. Başqa ölkədə hərənin bir sistemi var. Kimi disk, kimi konsertdən qazanc götürür. Ya gərək atandan milyonlar qala ki, toya getməyəsən, ya ayrı biznesin ola. Mənim isə heç biri yoxumdur. 700 mahnı yazdırmışam: vətənpərvər, xalq, bəstəkar, klassik mahnılar var. Toya getməsəm bunları necə yazdıra bilərdim?".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
2
axsam.az

5Sources