EN

Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq

Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq

Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərcləri dövlət tərəfindən qarşılanacaq.

AFN.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov deyib.

Onun sözlərinə görə, abidənin sifarişi ilə bağlı məsələlər sənətkarın ailəsi və aidiyyəti dövlət qurumları tərəfindən hazırda razılaşdırma mərhələsindədir.

Qeyd edək ki, görkəmli aktyor, Azərbaycan kinosunun canlı əfsanəsi Rasim Balayev cari ilin martın 29-da İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Xalq artisti Bakıda, Birinci Fəxri xiyabanda dəfn olunub.

Dövlət tərəfindən bu addımın atılması sənətkarın Azərbaycan mədəniyyəti və kinosu qarşısındakı misilsiz xidmətlərinə verilən yüksək qiymətin növbəti təzahürüdür.

Chosen
34
20
afn.az

10Sources