Rusiyada "666" rəqəminin sosial şəbəkələrdə paylaşılması bəzi hallarda qanunla problemli hesab edilə bilər.
Bildirilir ki, bu cür simvollar ölkədə ekstremist kimi tanınan və qadağan edilən bəzi qrupların ideologiyası ilə əlaqələndirilir.
Məhkəmə sənədlərində 666 rəqəmi, pentaqram və Bafomet təsviri kimi işarələr həmin hərəkatın xarakterik rəmzləri kimi göstərilir. Bafomet adətən keçi başlı fiqur kimi təsvir olunur və üzərində pentaqram olur.
Məlumatlarda həmçinin qeyd olunur ki, bu cür simvolları paylaşan şəxslərə qarşı inzibati tədbirlər görülə bilər. Məsələn, Tümendə bir nəfər sosial şəbəkədə belə təsvirlər yaydığına görə cərimələnib, Tomskda isə 666 döyməsi olan bir şəxs əlavə inzibati həbs cəzası alıb./milli.az/