EN

Tanınmış triatlonçu yarış zamanı boğularaq həyatını itirdi

Braziliyalı triatlonçu Mara Flaviya Araujo Texasda keçirilən "Ironman" yarışında üzgüçülük mərhələsi zamanı boğularaq həyatını itirib.

Fanat.Az Braziliya mətbuatına istinadən xəbər verir ki, o, Vudlends gölündə həlak olub.

Təşkilatçılar Araujonun yoxa çıxmasını sÉ™hÉ™r saatlarında biliblÉ™r. İdmançının cÉ™sÉ™di tÉ™xminÉ™n 3 metr dÉ™rinlikdÉ™n tapılıb. 

Qeyd edək ki, 38 yaşlı idmançı triatlonla 2019-cu ildən məşğul olmağa başlayıb. O, 2022-ci ildə "Triatlo Brasilia" yarışında üçüncü yeri tutub, iki dəfə "GP Brasil"in qalibi olub və iki dəfə "Ironman 70.3" dünya çempionatına vəsiqə qazanıb.

Chosen
26
4
fanat.az

9Sources