Redaktor.az saytına istinadən ain.az xəbər verir.
İspaniyanın "Barselona" klubu "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresin xidmətində maraqlıdır.
Redaktor.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, 26 yaşlı argentinalı forvard Kataloniya təmsilçisinin 2026-cı ilin yayı üçün əsas transfer hədəfinə çevrilib.
"Barselona" bu keçid üçün 100 milyon avro xərcləməyə hazırdır.
Qeyd edək ki, X.Alvares 2024-cü ilin avqustundan "Atletiko"da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Hücumçu 2025/2026 mövsümündə keçirdiyi 47 matçda 19 qol vurub və 9 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı oyunçunun dəyərini 90 milyon avro qiymətləndirir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.