EN

Ceyhun Bayramov UNESCAP rəsmisi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində qurumun icraçı katibi, Baş katibin müavini Armida Salsiah Alisjahbana ilə görüş keçirib.

Far.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə UNESCAP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər Azərbaycanın regional və beynəlxalq platformalarda artan rolunu qeyd ediblər.

Eyni zamanda enerji, nəqliyyat, rəqəmsallaşma, ticarətin asanlaşdırılması, yaşıl inkişaf və insan kapitalı sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Chosen
31
far.az

1Sources