Bakının Xətai rayonu, Xocalı prospektində yerləşən "Mübarək" şadlıq evindən yanğın baş verib...
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə yerinə yanğından mühafizə briqadası cəlb olunub.
"Tüstü bacasında yağ qalıqları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb", - deyə əlavə edilib.
Poliqon.info