EN

İsrafil Aşurlu 9-cu səkkizminlik zirvəyə yüksəlib

Bakı – Azərbaycan Alpinizm Federasiyasının üzvü, tanınmış alpinist İsrafil Aşurlu dünyanın 8000 metrdən yüksək olan növbəti zirvəsinə yüksələrək səkkizminliklər üzrə nailiyyətlərinin sayını 9-a çatdırıb və bu siyahıya Annapurna (8091 metr) zirvəsini əlavə edib.

Azərbaycan Alpinizm Federasiyasından verilən məlumata görə, bu nəticə çətin dağ şəraitində uzunmüddətli hazırlığın, düzgün qərarların və komanda ruhunun göstəricisidir. Səkkizminliklər yalnız fiziki güc deyil, eyni zamanda dözümlülük, səbr və dağa hörmət tələb edən mürəkkəb marşrutlardır.

İsrafil Aşurlu daha əvvəl də bir sıra səkkizminlik zirvələrə, o cümlədən Everest zirvəsinə yüksələrək Azərbaycan alpinizm tarixində mühüm nailiyyətlərə imza atıb və ölkəmizi beynəlxalq dağçılıq ictimaiyyətində layiqincə təmsil edib.

Qeyd edək ki, İsrafil Aşurlu keçmiş SSRİ məkanında yerləşən bütün 7000 metrlik zirvələrə yüksələrək “Qar bəbiri” tituluna layiq görülən ilk azərbaycanlı alpinistdir.

Azərbaycan Alpinizm Federasiyası alpinistin bu uğurunu yüksək qiymətləndirir və inanır ki, bu nəticə gənc dağçılar üçün ilham mənbəyi olacaq.

Qabil YUSİFOĞLU
XQ

Chosen
22
1
xalqqazeti.az

2Sources