Bakı, 20 aprel, AZƏRTAC
“Tisza” partiyasının lideri Peter Macyar müavini Aqneş Forsthofferi parlamentin sədri vəzifəsinə namizəd göstərib.
AZƏRTAC xəbər verir ki, Peter Macyar özünün sosial media hesabında Aqneş Forsthofferin “Tisza” partiyası tərəfindən Macarıstanın birpalatalı parlamentinin sədri vəzifəsinə namizəd göstərildiyini yazıb.
Aqneş Forsthoffer siyasətlə məşğul olmadan öncə turizm sahəsində çalışıb, lakin o, daha çox Macarıstanın gözəllik müsabiqəsinin qalibi kimi məşhurluq qazanıb. Aqneş Forsthoffer 2025-ci ilin sentyabrında “Tisza” partiyasına qoşulub və hazırda partiya sədrinin üç müavinindən biridir. 1998-ci ildə, 18 yaşında “Anna Balının Gözəli” titulunu qazanıb. May ayının əvvəlində keçiriləcək yeni parlamentin ilk iclasında onun spiker seçiləcəyi, Peter Macyarın isə baş nazir olacağı gözlənilir.
Xatırladaq ki, aprelin 12-də keçirilən seçkilərdən inamlı qələbə qazanan “Tisza” partiyası parlamentdə 199 yerdən 141-ni tutacaq.