EN

12 illik evlilik bitir? – FOTO

Məşhur türkiyəli aktrisa Pelin Karahanın həyat yoldaşı Bedri Güntaydan ayrıldığı iddia edilib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2014-cü ildə evlənən və iki övladı olan cütlük son vaxtlar birlikdə görünmür və bu da boşanma ilə bağlı şayiələrə səbəb olub.

Karahanın son açıqlamaları şayiələri daha da alovlandırıb.
 

Pelin Karahan bu yaxınlarda Etilerdə teatr tamaşasından çıxarkən fotoqraflar tərəfindən görülüb. Şən görünən Karahan hər şeyin yaxşı getdiyini bildirib. 12 illik həyat yoldaşı Bedri Güntaydan boşanması ilə bağlı suala isə Karahan qısa bir təşəkkür edib və "Axşamınız xeyir" deyərək uzaqlaşıb.


Pelin Karahan boşanma şayiələri ilə bağlı verdiyi digər açıqlamada "Vaxt gələndə lazımi açıqlamaları verəcəyəm" deyib. Cütlüyün münasibətlərinin gələcək gedişatı hələ də fərziyyə mövzusudur.












Bizim.Media

Chosen
8
bizim.media

1Sources