EN

Bolqarıstanda yeni mərhələ: Brüsselə qarşı daha sərt mövqe gözlənilir

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində Rumen Radevin rəhbərlik etdiyi “Mütərəqqi Bolqarıstan” koalisiyası qalib gəlib. 

Gununsesi.info xəbər verir ki, Koalisiya səslərin 37,5–38,9 faizini toplayaraq parlamentdə 135–136 mandat qazanıb və təkbaşına hökumət qurmaq imkanı əldə edib.

İkinci yerdə 15,4–16,2 faiz səslə GERB-SDS koalisiyası qərarlaşıb.

Üçüncü yerləri isə “Dəyişiklikləri davam etdiririk” və “Demokratik Bolqarıstan” blokları bölüşüb (3,6–14,3 faiz). Digər nəticələrə görə, “Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat” 7,5–8,4 faiz, “Dirçəliş” Partiyası 4,9–5,1 faiz, Bolqarıstan Sosialist Partiyası isə təxminən 4,1 faiz səs toplayıb.

Saytımıza açıqlama verən politoloq Turan Rzayevin fikrincə, Rumen Radevin qələbəsi ölkənin siyasi kursunda ton dəyişikliklərinə səbəb ola bilər.

O qeyd edir ki, Bolqarıstan Avropa İttifaqı üzvü olaraq bu strukturu tərk etməyəcək, lakin Brüsselə münasibətdə daha sərt və müstəqil xətt izləyə bilər.

Ekspertin sözlərinə görə, Radev müəyyən mənada Viktor Orban modelinə yaxın siyasət yürüdə bilər – yəni Aİ ilə əməkdaşlığı qorumaqla yanaşı, milli maraqları ön plana çıxaran və bəzi məsələlərdə açıq etiraz edən mövqe sərgiləyə bilər. Bu xüsusilə Ukrayna ilə bağlı siyasətdə özünü göstərə bilər.

Turan Rzayev hesab edir ki, belə yanaşma regionda geosiyasi balanslara təsir edə və Rusiya üçün müəyyən üstünlüklər yarada bilər.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
icma.az

1Sources