EN

"Zirə"nin 100-cü "sülh"ü

“Zirə” premyer-liqada 100-cü dəfə heç-heçə edib.

"Football-plus.az" xəbər verir ki, bu, “Neftçi” ilə ev matçında qeydə alınıb. 28-ci turun görüşü 1:1 hesabı ilə nəticələnib.

Qəsəbə təmsilçisi 332-ci oyununda 100-cü "sülh"ə imza atıb. “Zirə” çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadı. Bakılıların "sülh"lərindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.

"Qartallar"ın ilk heç-heçəsi 2015/16 mövsümünə təsadüf edib. 2015-ci il avqustun 16-da “Kəpəz”lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.

Chosen
3
12
football-plus.az

10Sources