ain.az, Fanat portalına istinadən məlumat verir.
İngiltərə Premyer Liqasının (İPL) 33-cü turunda "Everton"u səfərdə 2:1 hesabı ilə məğlub edən "Liverpul"un baş məşqçisi Arne Slot derbidə zədələnərək meydandan xərəkdə çıxarılan qapıçı Georgi Mamardaşvilinin vəziyyətinə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında gürcü qolkiperlə bağlı sualı belə cavablandırıb:
"Onu xəstəxanaya apardılar. Zərbə dəyən nahiyədə açıq yara var. Amma düşünürəm ki, bu, uzunmüddətli zədə deyil. Gələn həftə meydana çıxa bilib-bilməyəcəyini hələ bilmirik".
Epizodların birində rəqib hücumçu Betu Mamardaşvilinin dizinə butsun alt hissəsi ilə zərbə endirib.
Bu qələbə sayəsində xallarının sayını 55-ə çatdıran "Liverpul" hazırda İPL-in turnir cədvəlində 5-ci sırada mövqe tutub. 47 xala malik "Everton" isə 10-cu pillədədir.
"Liverpul"un əsas qapıçısı Alisson Beker də hazırda zədəlidir. Onun mövsümün sonlarında sıraya dönəcəyi gözlənilir.
Toğrul
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.