EN

Bankların biznes kreditləri üzrə RENKİNQ: həcm, dinamika və bazar payı (01.04.2026)

2026-cı ilin I rübündə Azərbaycan banklarının biznes krediti portfelinin həcmi 16 milyard 178.88 milyon manata çatıb. Banker.az-ın hesablamalarına əsasən, bu göstərici ilin əvvəlindən cəmi 0.7% artım deməkdir.

Banker.az xəbər verir ki, ABB 3.53 milyard manatlıq biznes kredit portfeli ilə lider mövqeyini qoruyub saxlayıb, lakin ilin əvvəlindən 0.5% azalma qeydə alınıb.

İkinci yerdə 3.02 milyard manatla PAŞA Bank qərarlaşıb və burada da 3.2% azalma müşahidə olunur. Üçüncü pillədə isə 1.73 milyard manatla Kapital Bank yer alıb və bu bank ilin əvvəlindən 2.3% artım nümayiş etdirib.

 

Chosen
4
1
banker.az

2Sources