Vəfa Şərifova açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, müğənni haqqında yayılan söz-söhbətlərə münasibət bildirərək onların həqiqəti əks etdirmədiyini deyib. Şərifova bildirib ki, əgər həyatında ciddi dəyişiklik - xüsusilə ailə qurmaq kimi bir addım olsa, bunu gizlətməyəcək.
Sənətçi qeyd edib ki, belə bir qərar verərsə, bunu açıq şəkildə - məclis və toy vasitəsilə hər kəsə elan edəcək: "Gizli məsələlər mənlik deyil. Ayrıldığım vaxtdan da demişəm ki, ailə quracağam və bunu hər kəsə göstərəcəyəm".