EN

Dünyanın bir nömrəli derbisində qeyri-adi görüntü: 52 ton...

Argentina çempionatının (Apertura) “River Pleyt” – “Boka Xuniors” oyunu başlamazdan əvvəl maraqlı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, “Mas Monumental” stadionunda keçirilən futbol dünyasının bir nömrəli derbisi hesab edilən Superklasikoda azarkeşlər diqqət mərkəzinə düşüb. Fanatlar tribunalardan 52 ton kağız parçaları səpələyiblər. Bu da maraqlı görüntülərə səbəb olub.

Təxminən 85 min azarkeşin izlədiyi qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45+6-cı dəqiqədə penaltidən Leandro Paredes vurub.

“Boka Xuniors” Aperturanın A qrupunda üçüncü pillədə qərarlaşıb. “River Pleyt” isə B qrupunda ikinci yerdədir.

Chosen
6
publika.az

1Sources