EN

Afrika futbolunda azarkeşlər qalmaqalı

Afrika Futbol Konfederasiyasının (CAF) Konfederasiya Kubokunun yarımfinal mərhələsi ciddi qalmaqalla yadda qalıb.

Msport.az xəbər verir ki, Mərakeşin “Olimpik Safi” və Əlcəzairin “USM Əlcəzair” komandaları arasındakı qarşılaşma azarkeşlərin törətdiyi iğtişaşlara görə yarımçıq qalıb.

Oyun zamanı hər iki klubun tərəfdarları arasında gərginlik yaşanıb və nəticədə çox sayda azarkeş təhlükəsizlik sədlərini yararaq yaşıl meydana daxil olub. Kütləvi şəkildə sahəyə axın edən fanatlar oyunun gedişatına mane olublar.

Baş vermiş hadisələrlə əlaqədar hakimlər briqadası və CAF nümayəndələri futbolçuların təhlükəsizliyini təmin etmək məqsədilə matçın dayandırılmasına və təxirə salınmasına qərar veriblər.

Chosen
1
1
msport.az

2Sources