EN

"Zirə"nin Premyer Liqada 100-cü heç-heçəsi

"Zirə" Premyer Liqada 100-cü dəfə heç-heçə edib. Bu, "Neftçi" ilə ev matçında qeydə alınıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXVIII turunun görüşü 1:1 hesabı ilə nəticələnib.

Paytaxt təmsilçisi 332-ci oyununda 100-cü sülhə imza atıb. “Zirə” çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadır. Bakılıların sülhlərindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.

Qəsəbə klubunun ilk heç-heçəsi 2015/16 mövsümünə təsadüf edib. 2015-ci il avqustun 16-da “Kəpəz”lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.

saytlarin hazirlanmasi

Chosen
7
12
sportal.az

10Sources