EN

Prezident İlham Əliyevin Antalya Forumunda iştirakı mühüm diplomatik addımdır Azər Qarayev

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumu çərçivəsində iştirakı Azərbaycanın xarici siyasətində dialoq və çoxşaxəli diplomatiya xəttinin davamı kimi qiymətləndirilir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, bu platforma regional və qlobal məsələlərin müzakirə olunduğu, dövlət və hökumət başçıları, xarici işlər nazirləri və beynəlxalq təşkilat nümayəndələrinin bir araya gəldiyi mühüm diplomatik formatdır.

"Forumda iştirak edən Prezident İlham Əliyev üçün bu tədbir həm ölkənin mövqelərinin beynəlxalq auditoriyaya çatdırılması, həm də aktual regional proseslərə dair birbaşa fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətlidir. Xüsusilə Cənubi Qafqaz regionunda post-münaqişə dövrü gündəliyi, sülh prosesləri və iqtisadi əməkdaşlıq imkanları kimi mövzular belə platformalarda daha geniş müzakirə olunur".

A. Qarayev qeyd edib ki, forum çərçivəsində keçirilən görüşlər isə diplomatik baxımdan xüsusi önəm daşıyır.

"Prezident İlham Əliyevin müxtəlif ölkələrin liderləri və beynəlxalq təşkilat nümayəndələri ilə keçirdiyi təmaslar ikitərəfli münasibətlərin inkişafı, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, həmçinin regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün əlavə imkanlar yaradır. Belə görüşlər adətən formal danışıqlardan daha çevik və operativ fikir mübadiləsinə şərait yaradır.

Xüsusilə Azərbaycan Respublikası Prezident İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif Antalya Diplomatiya Forumu çərçivəsində görüş keçiriblər. Görüş zamanı tərəflər regional və beynəlxalq gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüş qarşılıqlı anlaşma və dialoqun davam etdirilməsi baxımından əhəmiyyətli hesab edilir.

Dünyada artan geosiyasi gərginliklər, regional münaqişələr və dəyişən güc balansı fonunda dövlətlər arasında siyasi dialoq və əməkdaşlıq daha da aktuallaşır. Prezident İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif arasında Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən görüş də məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Görüşün mahiyyəti regional sabitlik, təhlükəsizlik və iqtisadi əməkdaşlıq istiqamətlərində ortaq yanaşmaların müzakirəsidir. Hər üç ölkənin apardığı xarici siyasət kursu qarşılıqlı dəstək və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Bu cür təmaslar qlobal qeyri-müəyyənlik şəraitində siyasi koordinasiyanın gücləndirilməsinə xidmət edir".

Politoloq qeyd edib ki, eyni zamanda, bu cür tədbirlər Azərbaycanın beynəlxalq siyasətdə aktiv iştirak edən aktor kimi mövqeyini gücləndirir.

"Diplomatik forumlar vasitəsilə həm yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir, həm də mövcud tərəfdaşlarla əlaqələr daha da dərinləşdirilir.Ümumilikdə, Antalya Diplomatiya Forumunda iştirak və burada aparılan görüşlər Azərbaycanın xarici siyasət strategiyasının praktiki icrası, beynəlxalq dialoqa açıq mövqeyi və regional proseslərdə fəal rolunu davam etdirməsi baxımından əhəmiyyətli diplomatik addım kimi dəyərləndirilir", - deyə o qeyd edib.

Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
2
news.milli.az

3Sources