EN

"Ailə quracağam və bunu hamıya GÖSTƏRƏCƏYƏM"

Vəfa Şərifova açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, müğənni haqqında yayılan söz-söhbətlərə münasibət bildirərək onların həqiqəti əks etdirmədiyini deyib. Şərifova bildirib ki, əgər həyatında ciddi dəyişiklik - xüsusilə ailə qurmaq kimi bir addım olsa, bunu gizlətməyəcək.

Sənətçi qeyd edib ki, belə bir qərar verərsə, bunu açıq şəkildə - məclis və toy vasitəsilə hər kəsə elan edəcək: "Gizli məsələlər mənlik deyil. Ayrıldığım vaxtdan da demişəm ki, ailə quracağam və bunu hər kəsə göstərəcəyəm".

Onun bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və izləyicilər arasında müxtəlif reaksiyalar doğurub.

Musa
Milli.Az

Chosen
34
3
milli.az

4Sources