EN

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların sonuncusu da evə buraxılıb

Sumqayıtda dəm qazından zəhərlənən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilərək aprelin 18-də ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Missiya.Az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, aprelin 4-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.

"2018-ci il təvəllüdlü qadın cinsli pasiyentə meninqoensefalit diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib", - məlumatda deyilir.

Chosen
12
24
missiya.az

10Sources