EN

"Neftçi" bəyanat yaydı: Həm öz, həm "Qarabağ" azarkeşlərinə xəbərdarlıq etdi

“Neftçi” Azərbaycan Premyer Liqasının 29-cu turunda qəbul edəcəyi “Qarabağ”la oyundan əvvəl hər iki klubun azarkeşlərinə müraciət edib.

Publika.az xəbər verir ki, Bakı təmsilçisi oyuna böyük marağı nəzərə alaraq, azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və matç zamanı onlar arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlər görməyi planlaşdırır.

“Palms Sports Arena”da keçiriləcək görüşdə Ağdam təmsilçisinin fanatları üçün “Qərb 2” sektoru ayrılacaq. Onlar biletlərini oyun günü – aprelin 26-sı saat 12.00-dan etibarən stadionun “Qarabağ” azarkeşləri üçün xüsusi ayrılmış kassasından əldə edə biləcəklər.

Təhlükəsizlik məqsədi ilə arenanın “Neftçi” azarkeşləri üçün nəzərdə tutulan sektorlarına “Qarabağ” klubunun formasını, şarfını və ya digər rəmzlərini daşıyan azarkeşlərin buraxılmasının qarşısı alınacaq.

“Neftçi” olaraq azarkeşlərin təhlükəsizliyi və oyunun insidentsiz keçməsi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq”, - deyə klubun bəyanatında bildirib.

Chosen
18
18
publika.az

10Sources