EN

İbrahim Tatlısəs əməliyyatdan sonra ilk dəfə görüntülənib

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses əməliyyatdan sonra ilk dəfə xəstəxanada görüntülənib.

BAKU.WS xəbər verir ki, öd kisəsi əməliyyatı keçirən sənətçinin müalicəsi xəstəxanada davam edir. Əməliyyatdan sonra onun ilk fotosu həmkarı Mahmut Tuncer tərəfindən paylaşılıb.

Məlumata görə, İbrahim Tatlısəs bir müddət əvvəl İstanbulda evində halı pisləşdikdən sonra xəstəxanaya yerləşdirilib. O, keçirdiyi ağır infeksiyadan sonra əməliyyat olunub.

Paylaşılan fotoda Mahmut Tuncer sənətçini xəstə yatağında ziyarət edib və onun vəziyyətinin yaxşı olduğunu bildirib.

İbrahim Tatlısəs özü də əməliyyatdan sonra açıqlama verərək, prosesin uğurla keçdiyini və həkimlərə təşəkkür etdiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
baku.ws

2Sources