EN

BEA: Qlobal neft tələbatı ötən il cəmi 0,7% artıb

BAKI, 20 aprel. TELEQRAF

Dünyada neftə olan tələbat 2025-ci ildə cəmi 0,65 milyon barel/sutka (b/s) və ya 0,7% artıb.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin “Global Energy Review 2026” hesabatında qeyd edilib.

Bildirilib ki, təklif OPEC+ ölkələrində hasilatın artırılması, eləcə də Şimali və Cənubi Amerikada istehsalın genişlənməsi hesabına gündəlik 3 milyon barelə yüksəlib.

Agentliyin məlumatına görə, 2025-ci ildə neftə olan gündəlik tələbat 2024-cü illə müqayisədə zəifləyib.

“2025-ci ildə artım 2010–2019-cu illərdə qeydə alınan göstəricini əhəmiyyətli dərəcədə üstələməyib ki, bu da neft bazarlarında yavaşlamanın növbəti sübutudur”, – deyə hesabatda bildirilib.

Chosen
13
teleqraf.com

1Sources