Hindistanın cənubundakı Tamil Nadu əyalətində fişəng fabrikində baş verən partlayış nəticəsində ən azı 25 nəfər həlak olub.
Sitat.info xəbər verir ki, hadisə zamanı binada təxminən 40 işçi olub. Partlayış o qədər güclü olub ki, bir neçə istehsal müəssisəsini dağıdıb.
Yaralılar xəstəxanalara aparılıb, bəzilərinin vəziyyəti ağırdır.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir və araşdırma başlanıb. İlkin məlumatlara görə, faciəyə təhlükəsizlik qaydalarının pozulması səbəb olub.
Nigar,
Sitat.info