EN

KİV: İran nüvə proqramını dayandırmağa razı olmayacaq

ABŞ prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, İran hakimiyyəti uranın zənginləşdirilməsi proqramını dayandırmağa razılaşmayıb və heç vaxt buna razı olmayacaq. Bu barədə Tehrandakı mənbə CNN telekanalına bildirib.

Onun sözlərinə görə, İran bu cür təklifləri “heç vaxt qəbul etməyəcək”. Telekanal öz mənbələrinə istinadən xatırladıb ki, daha əvvəl ABŞ İranın uranın zənginləşdirilməsində 20 illik fasilə götürməsini təklif etmişdi. İran isə cavab olaraq beş illik müddət təklif edib, lakin ABŞ bunu rədd edib.

Keçən həftə Tramp “NewsNation” telekanalına telefon müsahibəsində İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığını iddia etmişdi.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Aprelin 11-də iki ölkə İslamabadda bir neçə raund danışıqlar aparıb. Daha sonra Tehran və Vaşinqtondan bildirilib ki, tərəflər bir sıra ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli həlli üzrə razılığa gələ bilməyiblər. Yeni məsləhətləşmə raundunun keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. ABŞ aprelin 13-dən etibarən İrana qarşı dəniz blokadasına başlayıb.

Chosen
9
banker.az

1Sources