EN

Azərbaycan-Ermənistan sülh sazişi Türkiyədə imzalanacaq? AÇIQLAMA

“Azərbaycanla Ermənistan arasında ötən il Vaşinqtonda paraflanan sülh sazişinin bu ilin sonuna qədər Türkiyədə imzalanması ehtimalı artıb. Ankara da bunda maraqlıdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, yaxın gələcəkdə İrəvan və Ankara arasında sərhədlərin açılması istisna deyil:

“Ermənistan rəsmiləri Türkiyədə keçirlən müxtəlif konfranslara qatılır, ikili görüşlərdə türkiyəli həmkarlarıyla əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan da son açıqlamalarının birində iki ölkə arasında hərtərəfli əməkdaşlığa başlamaq üçün münbit şəraitin yetişdiyini bildirib. Gündəmdə iki ölkə arasında sərhədin açılması mövzusu da var. Bu məsələ Ankara ilə Bakı arasında koordinasiya edilir. Bir neçə gün əvvəl Parlamentlərarası İttifaqın İstanbulda keçirilən toplantısında Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil olmağı təklif edib. Alen Simonyan bu təklifdən məmnun qaldığını gizlətməyib. Bu gedişatı nəzərə alaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin Ankara və ya İstanbulda imzalanması hamı üçün faydalı olar”.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
12
8
yenisabah.az

9Sources