EN

Həftəsonu 83 cinayətin üstü açılıb

Polis əməkdaşları aprelin 18–19-da ölkə üzrə qeydə alınmış 83 cinayətin açılmasını, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin üstünün açılmasını təmin edib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, həmin dövrdə ümumilikdə 61 axtarışda olan şəxs, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Məlumata əsasən, narkotiklərlə bağlı 29 fakt, eləcə də qanunsuz silah-sursatın saxlanılması və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Ümumilikdə cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.

Gülnar 

Chosen
199
22
anews.az

10Sources