EN

2100-cü ilə qədər Avropada əhalinin sayı 53 milyon nəfər azalacaq


Avropa Birliyinin əhalisi 2100-cü ilə qədər 11,7% azalacaq.
Yeniavaz.com
“Eurosta”a istinadən xəbər verir ki, bu, ümumilikdə təxminən 53 milyon nəfərlik azalma deməkdir.
Statistikaya əsasən, azalma prosesi dərhal başlamayacaq. Əksinə, Avropa əhalisinin sayı 2029-cu ildə pik həddə çataraq 453 milyona yüksələcək. Lakin bundan sonra uzunmüddətli eniş mərhələsi başlayacaq və əsrin sonuna doğru əhali sayının 400 milyondan bir qədər çox olacağı gözlənilir.
Ekspertlər demoqrafik dəyişikliklərin əsas səbəbi kimi aşağı doğum səviyyəsini göstərirlər. Hazırda Avropada orta doğum göstəricisi hər qadına 1,3 uşaq təşkil edir ki, bu da əhalinin özünü bərpa etməsi üçün yetərli hesab edilmir. “Eurostat” bu göstəricinin gələcəkdə daha da azalacağını xüsusi vurğulayır.
Bəzi ölkələrdə vəziyyət artıq kritik həddə çatıb. Məsələn, Fransada 2025-ci ildə ölüm səviyyəsi tarixdə ilk dəfə doğum səviyyəsini üstələyib. Bu tendensiya hökumətləri tədbirlər görməyə vadar edir.
Fransa Prezidenti Emmanuel Makron bu istiqamətdə “demoqrafik yenidən silahlanma” təşəbbüsü ilə çıxış edib. Rəsmi Paris yaxın illərdə ailələrə sosial dəstəyi artırmağı, həmçinin məhsuldarlıq xidmətlərini genişləndirməyi planlaşdırır.
Mütəxəssislər bildirirlər ki, dəyişən demoqrafik mənzərə Avropa üçün ciddi sosial-iqtisadi problemlər yaradır. Əhalinin qocalması işçi qüvvəsi çatışmazlığına, eyni zamanda təqaüdçülərin sayının artmasına səbəb olur. Bu isə öz növbəsində pensiya və səhiyyə sistemlərinə əlavə təzyiq formalaşdırır.
Chosen
2
yeniavaz.com

1Sources