EN

Qlobal elektrik enerjisinə tələbat artacaq



Qlobal elektrik enerjisinə tələbatın 2030-cu ilə qədər hər il 3,5 faizdən çox artacağı gözlənilir.

Newscenter.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında deyilir. Hesabatda qeyd edilir ki, enerji sistemlərinin sabitliyi təkcə yeni güclərin istifadəyə verilməsindən deyil, həm də elektrik şəbəkələrinin, enerji saxlama sistemlərinin və elastiklik mexanizmlərinin inkişafından asılıdır.

Elektrik enerjisinə tələbatın artması artan əhali sayı, eyni zamanda regional münaqişələr nəticəsində böyük həcmli elektrik stansiyalarına ciddi şəkildə ziyanın dəyməsi ilə əlaqələndirilir. Həmçinin, ənənəvi yolla elektrik enerjisi əldə etməyin qeyri-məhsuldarlığı da problemi şərtləndirən səbəblərdən biri kimi göstərilir.

Anar
Chosen
12
1
newscenter.az

2Sources