EN

Azərbaycanlı alpinist İsrafil Aşurlı Annapurna zirvəsini fəth edib

Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlının da daxil olduğu 5 nəfərlik komanda Himalay dağ silsiləsində yerləşən Annapurna (8091 m) zirvəsini fəth edib.

Oxuməni.az-ın Azərbaycan Gənclər və İdman Nazirliyinə istinadən verdiyi məlumata görə, baza düşərgəsindən hərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyef şəraitində irəliləyərək zirvəyə qalxmaqla bu mövsümün ilk uğurlu çıxışını həyata keçiriblər.

İdmançımız zirvəyə qalxan zaman süni oksigen balonundan istifadə etməyib. Aşurlı ötən il də zirvələrə süni oksigendən istifadə etmədən qalxmışdı.

Bununla da Aşurlının 8000 metrdən yüksək zirvələr üzrə fəth etdiyi zirvələrin sayı 9-a çatıb.

Almaz Həsənli

Chosen
14
7
oxumeni.az

10Sources