Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatında bu gün start götürür.
Offsideplus.az xəbər verir ki, yarışın açılış günündə yunan-Roma güləşi üzrə millimizin 5 üzvü mübarizəyə qoşulacaq. Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) qitə birinciliyində xalça üzərinə çıxacaqlar.
Bakı vaxtı ilÉ™ saat 12:30-da start götürÉ™cÉ™k tÉ™snifat mÉ™rhÉ™lÉ™sindÉ™ pÉ™hlÉ™vanlarımız növbÉ™ti mÉ™rhÉ™lÉ™yÉ™ yüksÉ™lmÉ™k üçün qüvvÉ™lÉ™rini sınayacaqlar.Â
Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.