EN

Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Bakı. Trend:

Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Son ikionillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış,yoxsulluq və işsizlik isə təqribən 5 faiz səviyyəsinə düşmüşdür.Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr,hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahınıyaxşılaşdırmışdır.

Trend xəbərverir ki, bu fikirlər Prezident İlham Əliyevin BMT-nin Asiya vəSakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikincisessiyasının iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan, BMT-nin 2030-cuil Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək,yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlərqazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qətişəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarınıdövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərininicrasında böyük tərəqqi əldə etmişdir.

“Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunugücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyətiartır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya vəSakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilətam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsalşəbəkələrə töhfə verərək, regional bağlantıları daha daartıracaq.

Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfəverərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısıkimi öz etibarlı rolunu oynamaqda davam edir.

Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səyləriningenişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. AzərbaycanınTürk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 - İqtisadiƏməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarınınməşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla evsahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinəartan etimadının təzahürüdür”, - deyə Prezident İlham Əliyevvurğulayıb.

Chosen
11
27
az.trend.az

10Sources