Ajans.az xəbər verir ki, "Bavariya" sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Komanda bu gün "Ştutqart"la qarşılaşıb. Rəqibini 4:2 hesabı ilə məğlub edən münhenlilər digərləri üçün əlçatmaz olub. Qeyd edək ki, bu, "Bavariya"nın tarixində qazandığı 35-ci çempionluq tituludur.