Bakı. Trend:
Böyük Britaniyadakı Fairford Hərbi Hava Qüvvələri bazasındayerləşdirilən ABŞ-nin strateji bombardmançı təyyarələri İranlaatəşkəsin başa çatma ehtimalı fonunda təlim uçuşlarınabaşlayıb.
Trend-inməlumatına görə, bu barədə Hərbi Hava İzləmə Alyansı məlumatyayıb.
Son günlərdə “B-1B Lancer” və “B-52H Stratofortress” daxilolmaqla bir sıra təyyarələr İngiltərənin qərbində təxminən bir saatyarım davam edən uçuşlar həyata keçirir.
Məlumata görə, Fairford bazasında hazırda əvvəllər İranhədəflərinə zərbələr endirmək üçün yerləşdirilmiş 15 ədəd “B-1BLancer” ağır bombardmançı təyyarəsi və səkkiz “B-52HStratofortress” mövcuddur.
Əməliyyatlarda, həmçinin ABŞ-nin materik hissəsindən İrana vəgeri fasiləsiz uçuşlar yerinə yetirən “B-2A Spirit” strateji gizlibombardmançı təyyarələri də iştirak edib.