EN

Kim Çen In qızıı ilə ballistik raketlərin sınağını keçirib

BAKI, 20 aprel. TELEQRAF

Koreya Xalq Demokratik Respublikası Raketqayırma Baş İdarəsi aprelin 19-da modifikasiya olunmuş “yer-yer” tipli “Hvasongpho-11ra” taktiki ballistik raketlərinin sınaq buraxılışını həyata keçirib.

Teleqraf xəbər verir ki, sınaqları ölkə lideri Kim Çen In qızı ilə birlikdə izləyib.

Qeyd olunur ki, buraxılışın məqsədi raketlərin kaset və qəlpəli-fuqas döyüş başlıqlarının gücünü və xüsusiyyətlərini yoxlamaq olub. Beş raketin təxminən 136 km məsafədə yerləşən hədəf zonaya buraxıldığı və 12,5–13 hektar sahəyə yüksək sıxlıqla zərbələr endirdiyi bildirilir.

Kim Çen In sınaqların nəticələrini yüksək qiymətləndirərək bildirib ki, müxtəlif təyinatlı döyüş başlıqlarının hazırlanması Koreya Xalq Ordusunun əməliyyat ehtiyaclarını effektiv şəkildə qarşılamağa imkan verir.

O, həmçinin müdafiə sahəsində çalışan tədqiqatçıları gələcək fəaliyyətlərində daha böyük uğurlar əldə etməyə çağırıb.

Chosen
23
2
teleqraf.com

7Sources