EN

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib - FOTO

Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlının da daxil olduğu 5 nəfərlik komanda Himalay dağ silsiləsində yerləşən Annapurna (8091 metr) zirvəsini fəth edib.

Gənclər və İdman Nazirliyindən Day.Az-a verilən məlumata görə, baza düşərgəsindən hərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyef şəraitində irəliləyərək zirvəyə qalxmaqla bu mövsümün ilk uğurlu çıxışlarını həyata keçiriblər.

Aşurlı zirvəyə qalxan zaman süni oksigen balonundan istifadə etməyib. İdmançı ötən il də zirvələrə süni oksigendən istifadə etmədən qalxmışdı.

Bununla da, İsrafil Aşurlının fəth etdiyi zirvələrin (8000 metrdən yüksək) sayı 9-a çatıb.

  • Azərbaycanlı
  • Azərbaycanlı
  • Azərbaycanlı
  • Azərbaycanlı
  • Azərbaycanlı
  • Azərbaycanlı
  • Azərbaycanlı
  • Azərbaycanlı
Chosen
1
10
day.az

10Sources