EN

Bəhreyn və Səudiyyə Ərəbistanı “Formula 1” təqviminə qayıdır

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Formula-1” rəhbərliyi regionda vəziyyət sabitləşəcəyi təqdirdə Bəhreyn və ya Səudiyyə Ərəbistanı mərhələlərini 2026-cı ilin təqviminə qaytarmağı planlaşdırır.

İdman.Biz “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, mərhələlərdən biri artıq bu mövsüm cədvələ əlavə oluna bilər. Ən uyğun vaxt kimi Sinqapur Qran-prisi (9-11 oktyabr) ilə ABŞ Qran-prisi (23-25 oktyabr) arasındakı iki həftəlik fasilə nəzərdə tutulur.

“Cordan” və “Red Bull”un sabiq meneceri Mark Qallaher məsələ ilə bağlı bildirib:

“Vəziyyət düzələn kimi yarışlar qayıdacaq - fərqi yoxdur bu il, gələn il və ya daha sonra”.

Eyni zamanda, təşkilatçıların Əbu-Dabi Qran-prisinin vaxtını bir həftə sürüşdürərək (6 dekabrdan 13 dekabra) təqvimi Ciddə yarışı ilə zənginləşdirmək variantı da müzakirə olunur. Bu halda mövsüm ardıcıl dörd yarışla - Las-Veqas, Qatar, Ciddə və Əbu-Dabi mərhələləri ilə yekunlaşacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
icma.az

1Sources