EN

Maraqla gözlənilən Ayfon 18: əvvəlkilərdən seçilir Möhtəşəm özəllik

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Əpl” (Apple) şirkəti Ayfon-18-in istehsalına başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Koreyanın “ETNews” nəşri məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, bu modellər əvvəlkilərdən unikal kamerası ilə seçiləcək. Belə ki, artıq dəyişən diafraqmalı kamera üçün hissələrin istehsalına başlanıb. Bu xüsusiyyət Ayfon 18 Pro və Ayfon 18 Pro Maks modellərinin əsas yeniliyi olacaq.

Məlumata əsasən, “Əpl” yeni modeli xüsusilə zəif işıq şəraitində daha keyfiyyətli və dəqiq tənzimlənmiş şəkillər çəkməyə imkan verəcək. Bundan əlavə, şəkillərdə dərinlik effektini idarə etmək üçün yeni alətlər olacaq.

Qeyd edilir ki, Ayfon 18 Pro və Ayfon 18 Pro Maksın qiyməti müvafiq olaraq 1100-1200 dollar olacaq.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
globalinfo.az

1Sources