Sakit Okeanın Samoa sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, yeraltı təkanlar Samoanın paytaxtı Apiadan 246 km cənub-qərbdə qeydə alınıb, zəlzələ ocağı 36 km dərinlikdə baş verib.
Hər hansı tələfat və ya dağıntı barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb.
"Cebheinfo.az"