EN

Azərbaycan Avropa çempionatında 2 medal qazandı

style='margin-bottom:10px;'>

Polşanın Katovitse şəhərində təşkil edilən şəxsi Avropa çempionatında son turun partiyaları oynanılıb. 

QOL.az xəbər verir ki, 11-ci turda Azərbaycan şahmatçılarının duelində Aydın Süleymanlı ilə Məhəmməd Muradlı heç-heçə oynayıb. Son tura lider kimi başlayan Nicat Abasov ağ fiqurlarla Rumıniya təmsilçisi Daniel Bogdanla bərabərliyə razılaşaraq yarım xalla kifayətlənib. 

Eyni xala malik Ukrayna şahmatçısı Roman Deqityarov son turda ispan David Guijarronu məğlub edərək Avropa çempionu olub. 11 turdan sonra hərəyə 8,5 xal toplayan Azərbaycan şahmatçıları 2-4-cü yerləri bölüşdürüb. Nicat Abasov Avropa çempionatını ikinci, Aydın Süleymanlı isə üçüncü pillədə başa vurub. Son Azərbaycan çempionu Məhəmməd Muradlı qitə çempionatında 4-cü olub. Hər üç şahmatçı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

Beləliklə 43 ölkənin təmsil olunduğu Avropa çempionatında 2 medal Azərbaycan şahmatçılarına təqdim olunacaq. Yarışın yekunlarına əsasən ilk dördlükdə üç Azərbaycan təmsilçisi qərarlaşıb. 

Xatırladaq ki, şəxsi Avropa çempionatı 2000-ci ildən keçirilir. Azərbaycana kişi şahmatçıların qitə çempionatında yeganə medalı 2005-ci ildə ikinci yeri tutan Teymur Rəcəbov qazandırıb.

Chosen
3
5
teleqraf.com

8Sources