EN

Konatedən “Neftçi”yə ikinci hörmətsizlik

Hesabat turunun “Zirə” - “Neftçi” qarşılaşmasının son dəqiqələrində ara qarışdı. Səbəblər hər kəsə bəllidi: referinin mümkün ofsayda göz yumması və Brahim Konatenin qoldan sonra “Neftçi” texniki zonasının önünə qaçıb, orda əyləşənləri və azarkeşləri qıcıqlandırması.

Maraqlıdı ki, Konate bu hərəkəti cari mövsümdə ikinci dəfə edir. Özü də “Neftçi”yə qarşı. Dekabrın 2-də, ölkə kubokunun 1/8 finalında 116-cı dəqiqədə Martins Junior qol vurdu, Konate ilə birgə “Neftçi” tərəfini qıcıqlandırdı.

Bu haqda mətbuat konfransında Rəşad Sadıqova demişdim ki, siz futbolçu və məşqçi kimi intizamınızla tanınmısız, futbolçularınız belə deyil. O vaxt and-aman etmişdi ki, görməmişəm. Bu dəfə isə böyüklük göstərdi, üzr istədi. Amma Konate eyni hərəkəti eyni komandaya münasibətdə ikinci dəfə edirsə, onda bu təsadüf yox, hansısa məsələyə görə qisasdan başqa bir şey deyil.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
29
1
football-plus.az

2Sources