EN

Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək

İranın şimal-şərqində yerləşən Məşhəd beynəlxalq hava limanında beynəlxalq uçuşların aprelin 20-dən etibarən bərpa olunacağı bildirilib.Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, həmin tarixdən etibarən hava limanında eniş və uçuş əməliyyatları yenidən həyata keçiriləcək.

Bundan əvvəl İranın paytaxtı Tehran da daxil olmaqla, ölkənin altı hava limanında hava nəqliyyatının qismən bərpa edildiyi açıqlanmışdı.

Chosen
12
anews.az

1Sources