EN

Serbiya Avropa İttifaqının gizli tələblərini AÇIQLADI

Avropa İttifaqı Serbiyadan nəinki Rusiyaya qarşı sanksiya siyasətini dəstəkləməyi, həm də mümkün münaqişələrdə daha fəal iştirak etməyi gözləyə bilər.

Publika.az xəbər verir ki, bu barədə serbiyalı siyasətçi, Serbiyanın keçmiş Baş nazirinin müavini Aleksandr Vulin bildirib.

O qeyd edib ki, Aİ-yə üzvlüklə bağlı məsələ bir sıra tələblərlə əlaqəlidir:

"Əgər biz Avropa İttifaqına daxil olmaq niyyətindəyiksə, bu, vətəndaşların seçim hüququdur. Rusiyaya qarşı sanksiyalar yalnız birinci addımdır. Bu kifayət deyil, biz hərbi sənayemizi və ordumuzu Rusiya ilə hərbi münaqişə üçün təqdim etməli olacağıq".

Vulin həmçinin Serbiyaya hərbi sahədə təzyiqlərin arta biləcəyini ehtimal edib. O, Xorvatiya, Albaniya və Kosovonun iştirakı ilə regional ittifaqın yaradılmasına diqqət çəkərək vurğulayıb ki, bu üçtərəfli pakt təhlükəsizlik üçün deyil, regionda qüvvələr balansının dəyişdirilməsinə zəmanət vermək məqsədilə yaradılıb.

Chosen
17
1
publika.az

2Sources