Şimali Koreya bazar günü bir neçə ballistik raketi dənizə doğru buraxıb.
Redaktor.az-ın məlumatına görə, onlar bunu İran müharibəsi fonunda gərginliyin artdığı bir zamanda ediblər. Hansı ki, hazırda Şimali Koreya ABŞ və Cənubi Koreya ilə mümkün görüşlərin müzakirə edirlər.
Pxenyanın intensiv raket fəaliyyəti – bu ay ərzində dördüncüdür. İlin əvvəlindən isə yeddinci raket buraxılıb. Bəzi ekspertlərin fikrincə, bu fəaliyyət ölkənin özünümüdafiə imkanlarını nümayiş etdirmək və beynəlxalq səviyyədə təsir imkanlarını artırmaq məqsədi daşıyır.
Cənubi Koreyanın keçmiş prezident təhlükəsizlik müşaviri Kim Ki-jung bildirib ki, bu raket buraxılışları bir mesajdır: “Yəni deyirlər ki, İranla müqayisədə bizim özünümüdafiə imkanlarımız var.”
O əlavə edib: “Şimali Koreya, görünür, ABŞ və Cənubi Koreya ilə dialoqa başlamazdan əvvəl əvvəlcədən təzyiq göstərmək və güc nümayiş etdirmək istəyir.”