EN

Azərbaycan şahmatçıları Avropa çempionatında iki medal qazandı

Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatına yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, turnirin sonuncu – XI turunda Azərbaycan şahmatçılarının duelində Aydın Süleymanlı ilə Məhəmməd Muradlı heç-heçə edib.

Yarışa lider kimi başlayan Nicat Abasov isə ağ fiqurlarla Rumıniya təmsilçisi Daniel Boqdanla sülh bağlayıb.

Turnirin qalibi Ukrayna şahmatçısı Roman Deqityarov olub. O, son turda İspaniya təmsilçisi David Gixarronu məğlub edərək Avropa çempionu adını qazanıb.

XI turdan sonra hərəyə 8,5 xal toplayan Azərbaycan şahmatçıları 2–4-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərə əsasən Nicat Abasov gümüş, Aydın Süleymanlı isə bürünc medal qazanıb. Məhəmməd Muradlı yarışı 4-cü pillədə başa vurub.

İlk dördlükdə yer alan hər üç Azərbaycan şahmatçısı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə əldə edib.

Qeyd edək ki, bu nəticə ilə Azərbaycan şahmatçıları Avropa çempionatında 21 ildən sonra yenidən iki medal qazanaraq tarixi uğuru təkrarlayıb.

Chosen
17
90deqiqe.az

1Sources